Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:44

Türkiyədə Rembrandtın rəsmlərinə baxmaq üçün növbə yaranıb


Rembrandt - avtoportret
Rembrandt - avtoportret
Fevralın 22-də Istanbulda Sabançı Universiteti Sakıb Sabançı Muzeyində bir sərgi açılıb.
Sərgi “Rembrandt və müasirləri” (“Karanlıkla Işığın Buluştuğu Yerde… Rembrandt ve Çağdaşları) adlanır və Türkiyə ilə Hollandiyanın diplomatik əlaqələr qurmasının 400 illiyinə həsr edilib.

İyunun 10-dək davam edəcək sərgidə Rembrandt daxil olmaqla dünyaca məşhur 59 holland rəssamının 73 tablosu və başqa sənət nümunələri nümayiş olunur.

Sərginin keçiriləcəyi dövrdə muzeydə konfranslar, sənədli və bədii filmlərin nümayişi və s. də təşkil ediləcəyi gözlənilir.

Təkcə Rembrandtın sərgidə 10 əsəri göstərilir.

Frans Hals, Jan Steen ve Jacob van Ruisdael kimi böyük sənətkarların əsərlərinin toplandığı sərgi dünya rəssamlıq tarixinin ən maraqlı dönəmlərindən olan Hollandiya sənətinin qızıl çağını bütün əzəməti ilə əks etdirir.

Deyilənə görə, sərgidə holland rəssamı Johannes Vermeerin (1632-1675) “Sevgi məktubu” əsəri də var.

Johannes Vermeerin-in adı hər zaman dünyanın ən məşhur rəssamlarının arasında yer alıb.

Bu rəssam uzun zaman qaranlıq bir fiqur kimi qalıb, əsərləri başqalarının adına çıxılıb.

Dünya muzeylərində və şəxsi kolleksiyalarda onun 35 əsəri var.

Türk mediası sərginin ən maraq doğuran bir tərəfini də xüsusi vurğulayır.

Fevralın 22-dən açılmasına baxmayaraq, muzey qarşısında hər gün növbələr yaranır.

Bu xəbəri çatdırmağımın səbəbi yəqin indi sizə aydın oldu.

Siz heç Bakıda sənət növbəsinin yarandığını görmüsünüzmü?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG