Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Martın ilk günləri soyuq və yağmurlu olacaq


Martın 1-dən 3-dək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək və temperatur 5-7 dərəcə enəcək.

Bu barədə «Trend»ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Bakıda və Abşeron yarımadasında martın 1-i axşamdan başlayaraq martın 3-dək fasilələrlə yağış yağacaq, güclü şimal küləyi əsəcək.

Bu müddətdə Azərbaycanın əksər ərazilərində də temperatur xeyli düşəcək və yağış yağacaq.
XS
SM
MD
LG