-
Bu günlərdə Rusiya tərəfinin təşəbbüsü və iştirakı ilə Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü olub. Həmin görüşün iştirakçılarından biri - Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə söhbəti təqdim edirik.
– Görüş onunla maraqlı idi iki, mən Ermənistanda yaşayan və bu ölkənin bugünkü problemləri ilə uğraşan insanların nə düşündüklərini bir daha özüm üçün müəyyənləşdirdim. Çünki təmasda olmadan bunların elə yalnız bir cür düşündüklərini və düşüncələrində heç bir dəyişiklik baş vermədiyini düşünmək düz deyil. Bax bu gün onların Dağlıq Qarabağ probleminin mahiyyəti, hansı istiqamətdə inkişaf etdiyi barədə nə düşündüklərini bilmək çox maraqlı idi.
– Onlar da dəqiq bilirlər ki, bu məsələnin bu şəkildə davamı yoxdur və bir gün buna nöqtə qoyulacaq. Biz dəfələrlə dedik və onlar da təsdiqlədilər ki, bu müharibənin indiki şəraitində udan və uduzan yoxdur. Burada hamı uduzmuş vəziyyətdədir. Mən orda da dedim ki, əgər kimsə özünü qalib güman edirsə, əslində bunu «Pirr qələbəsi» adlandırmaq olar. Yəni məğlubiyyətə bənzər qələbə. Bunu onlar dəqiq başa düşürlər və özlərini də buna münasib aparırlar, oyunbazlıq eləmirlər.
Eyni zamanda onu bildim ki, ermənilər də azərbaycanlı elementindən ömürlük yaxa qurtarmaq fikrindən əl çəkiblər. Onlar da anlayırlar ki, biz yanaşı yaşamağa məhkumuq. Və bu məhkumiyyəti hansı şəkildəsə yüngülləşdirmək, gələcək nəsillərə anlaşıqlı olsun deyə özləri də əllərindən gələni etməlidirlər.
– Anladılar, əlbəttə. Biz düşünürük ki, bütün münasibətlərimiz, bütün mədəni layihələrimiz (onlar bizə mədəni layihələr təklif edirdilər - K.A.), müxtəlif mübadilələrimiz ancaq və ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqlar işğaldan azad olunduqdan sonra başlaya bilər.
Çünki bilirsiniz, qəbul edilib - edilməməsindən asılı olmayaraq Qarabağa dair hərəmizin öz məntiqimiz var. Amma Qarabağ ətrafı torpaqların işğalına heç bir don geyindirmək mümkün deyil. Ona görə də onlar anladılar ki, hansısa yeni münasibətlərdən, anlaşmadan danışmaq üçün ən azı həmin torpaqlar qaytarılmalıdır və biz bu məsələdə əzmliyik.
– Açıq şəkildə dedik ki, birinci addımı siz atmalısınız. Hətta təəccübləndilər ki, hansı addımı? Dedim necə yəni hansı addımı? Siz o torpaqları qaytarmalısınız ki, biz bu söhbətləri davam etdirə bilək. Onlar da bu mənada anladılar ki, biz nə cür düşünürük. Bu çox vacib məsələdir. İnsan biri ilə münasibətlərini saf-çürük edərkən bilməlidir ki, qarşı tərəf nə cür düşünür.
– Əslində ziyalıların görüşü ən yüksək səviyyədə olan siyasi görüşlərin gedişatının bir fonu kimi özünü göstərir. Yəni bu tədbir, iki prezidentin görüşlərində əldə edilən nəticələrə gəlinməsinin yolunu rahatlaşdıran bir üsul kimi təqdim edilir. Rusiya tərəfi vurğunu məhz bu məqamın üzərinə vurur. Ermənilər əvvəl deyirdilər ki, azərbaycanlılar onlarla danışmaq belə istəmir.
Biz indi sübut edirik ki, nəinki Dağlıq Qarabağ erməniləri ilə danışmağa hazırıq, onlara hətta öz vətəndaşlarımız kimi baxırıq. Ona görə də məsələnin siyasi həllinə onları hazırlamaq lazımdır. Niyə ermənilər ziyalılar arasında görüşlərdən qaçırlar? Çünki hər dəfə belə görüşlərdən sonra ermənilər tərəfdə nail olduqlarına inamı azalan insanların sayı çoxalır.
– Bilirsiniz, bu danışıqların davam etdirilməsi göstərir ki, onlara inam bəsləmək doğrudur və əlbəttə ki, nəticəyə nail olmaq şansları çoxalır.
– Hər insan öz sahəsində hansısa addımlar atmalıdır. Oturub gözləməklə dünya Qarabağı bizə qaytarmayacaq. Digər tərəfdən, hazırda dünya gücləri elə bir tənasübdədilər ki, bu məsələnin ancaq sülh yolu ilə həllini görmək mümkündür. Əlbəttə ki, son an, son məqam da var. Amma ona qədər hər birimizin görə biləcəyi imkan, potensial, perspektivlər var.
Bunun hamısından istifadə etmək lazımdır ki, sonda əlimizdən gələni etməyə çalışdığımızı və etdiyimizi deyə bilək. Məncə bu görüşlər tez-tez keçirilərsə, bizim xeyrimizə olar. Yəni hər belə təmas bizim imkanlarımız barədə onların təsəvvürünü silkələyir, dəyişir və bu bütövlükdə məsələnin xeyrinə olur. Ona görə də onlar belə görüşlərdən yayınmaq istəyirlər. Sadəcə təşəbbüskar Rusiyadı və o istəyir ki, belə görüşlər öz ərazisində olsun.
– Deməli bu görüşdə iştirak etməklə biz heç bir qərar qəbul etmir, tövsiyə vermirik. Sadəcə şöhbətləşirik. Şəxsən mən özümə lazım olan məsələ ilə bağlı fikir dəqiqliyi əldə edirəm. Yəni mən görürəm ki, bu gün bir erməni ziyalısı nə cür düşünür və bu məsələyə münasibəti necədir.
Məsələn mən görürəm ki, onlar müharibənin bu şəkildə davam etməsindən beziblər. Mən görürəm ki, onlar sərhədlərdə dayanan snayperlərdən, eləcə də bizim KİV-dən son dərəcə ehtiyatlanırlar. Hətta belə təklif də etdilər ki, bəlkə bütün KİV bu istiqamətdə öz fəaliyyətlərini bir müddət dondursunlar. Bu, onlar tərəfdən absurd bir təklif idi və onu həyata keçirtmək mümkün olmazdı yəqin ki.
Amma hər halda onların daha çox nədən ehtiyat etdiklərini, nəyin ətrafında müzakirələrə daha çox hazır olduqlarını bilmək məncə belə bir vəziyyətdə olan tərəflərdən biri üçün çox maraqlı və faydalıdır. Yenə deyirəm, biz qərar qəbul etmirik. Biz sadəcə olaraq qərar qəbul ediləcək situasiya üçün müvafiq mənəvi və intellektual fon yaradırıq.
– Bu da ola bilər. Tamamilə doğrudur. Onlar indi bu «status kvo»-dan çıxış edərək «gəlin dostluq edək» və sair bu kimi fikirlər səsləndirirlər. Ancaq biz də deyirik ki, torpaqlar azad edilmədən hansısa formada münasibətlərin yaxınlaşmasından danışmaq mümkün deyil. Onlar bizim bu məsələdə inadımızı görməli və nəticə çıxartmalıdırlar və məncə elə də edirlər. Amma həqiqətən də bu müharibədə udan yoxdur.
– Amma Ermənistan prezidenti deyir ki, onlar qalibdirlər.
– Onların prezidenti o qədər başa düşür də. Söhbət ondan gedir ki, biz də özümüzü qalib saya bilərik. Ermənilər özləri də bilmədən bizə çox böyük bir mənəvi sərvət verdilər. Onlar bütöv azərbaycan milli ideyasını bizə verdilər.
Ermənilərdə milli ideya həmişə olub, «Böyük Ermənistan». Bizdə isə sovet ideologiyası bizim milli ideyalarımızın üstündən çox böyük xətt çəkib oturmuşdu. İndi bizdə milli ideya var, onlar bunu bizə verdilər. Bu özü böyük itkilər bahasına olsa da böyük bir qazancdır.
– Təxminən elə oldu, bəli. Mən də, yoldaşlarım da dedik ki, ətraf rayonları «təhlükəsizlik zolağı», «bufer zona» kimi adlandırıb işğalda saxlamaq məntiqi artıq dünəndə qalıb. İndi artıq etiraf edilir ki, biz yerdə yaşamağa məhkum olunmuşuq. Bu ərazi artıq təhlükəsizlik zolağı yox, hamını qane edəcək bir iqtisadi zonaya çevrilməlidir. Bax onları daha çox qorxudan da budur ki, biz öz inkişafımızla onların həm ciddiliyini, həm də bu istiqamətdə gələcək planlarını faktiki olaraq alt-üst edirik.
– Yox. Onlar onsuz da bizim bu məsələdə əzmimizi bilirlər. Onlar bizim gələcək söhbətlərdən, layihələrdən nə üçün imtina etdiyimizi çox gözəl anlayırlar. Amma biz bu fikirlərlə görüşmürdük. Sadəcə cəmiyyətin hər bir üzvü öz üzərinə düşən funksiyanı yerinə yetirməlidir.
Amma mən dəqiq bilirəm ki, bu gün həm Bakıya, həm də Azərbaycana müxtəlif səbəblərdən gələn erməni bu münaqişədə nəyi qazanıb nəyi itirdikləri barədə tərəddüd və şübhə mənbəyinə çevrilir. Mən inanıram ki, bizimlə ünsiyyətdə olan erməni ziyalılar da tərəddüd və şübhə içində qaldılar. Bax bu istiqaməti biz həmişə davam etdirməliyik.
– Onlara deyirəm ki, bir az ağıllı olsunlar. Çünki bu çox normal, çox vacib bir addımdır. Bu addımı biz əvvəl- axır atmalıyıq. Biz atmasaq da, gələcəkdə bu addımı həmin o narazı qalan adamlar atacaq. Biz sadəcə olaraq həmin o atılacaq addımların ahəngini yumşaldırıq. İkinci də, niyə o narazılıqlarını gedib diasporada, Rusiyada və başqa yerlərdə ermənilərlə normal münasibətlər saxlayanlara bildirməyib 3-4 ziyalıya bildirirlər?

– Kamal müəllim, bu görüş sizin üçün nəyi ilə maraqlı idi?
– Görüş onunla maraqlı idi iki, mən Ermənistanda yaşayan və bu ölkənin bugünkü problemləri ilə uğraşan insanların nə düşündüklərini bir daha özüm üçün müəyyənləşdirdim. Çünki təmasda olmadan bunların elə yalnız bir cür düşündüklərini və düşüncələrində heç bir dəyişiklik baş vermədiyini düşünmək düz deyil. Bax bu gün onların Dağlıq Qarabağ probleminin mahiyyəti, hansı istiqamətdə inkişaf etdiyi barədə nə düşündüklərini bilmək çox maraqlı idi.
– Bu gün onlar nə düşünürlər?
– Onlar da dəqiq bilirlər ki, bu məsələnin bu şəkildə davamı yoxdur və bir gün buna nöqtə qoyulacaq. Biz dəfələrlə dedik və onlar da təsdiqlədilər ki, bu müharibənin indiki şəraitində udan və uduzan yoxdur. Burada hamı uduzmuş vəziyyətdədir. Mən orda da dedim ki, əgər kimsə özünü qalib güman edirsə, əslində bunu «Pirr qələbəsi» adlandırmaq olar. Yəni məğlubiyyətə bənzər qələbə. Bunu onlar dəqiq başa düşürlər və özlərini də buna münasib aparırlar, oyunbazlıq eləmirlər.
Eyni zamanda onu bildim ki, ermənilər də azərbaycanlı elementindən ömürlük yaxa qurtarmaq fikrindən əl çəkiblər. Onlar da anlayırlar ki, biz yanaşı yaşamağa məhkumuq. Və bu məhkumiyyəti hansı şəkildəsə yüngülləşdirmək, gələcək nəsillərə anlaşıqlı olsun deyə özləri də əllərindən gələni etməlidirlər.
– Onlar da sizin nə düşündüyünüzü anladırlarmı və anladılarsa siz nə düşünürsünüz?
– Anladılar, əlbəttə. Biz düşünürük ki, bütün münasibətlərimiz, bütün mədəni layihələrimiz (onlar bizə mədəni layihələr təklif edirdilər - K.A.), müxtəlif mübadilələrimiz ancaq və ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqlar işğaldan azad olunduqdan sonra başlaya bilər.
Çünki bilirsiniz, qəbul edilib - edilməməsindən asılı olmayaraq Qarabağa dair hərəmizin öz məntiqimiz var. Amma Qarabağ ətrafı torpaqların işğalına heç bir don geyindirmək mümkün deyil. Ona görə də onlar anladılar ki, hansısa yeni münasibətlərdən, anlaşmadan danışmaq üçün ən azı həmin torpaqlar qaytarılmalıdır və biz bu məsələdə əzmliyik.
– Necə anlatdınız bunu Ermənistan tərəfə?
– Açıq şəkildə dedik ki, birinci addımı siz atmalısınız. Hətta təəccübləndilər ki, hansı addımı? Dedim necə yəni hansı addımı? Siz o torpaqları qaytarmalısınız ki, biz bu söhbətləri davam etdirə bilək. Onlar da bu mənada anladılar ki, biz nə cür düşünürük. Bu çox vacib məsələdir. İnsan biri ilə münasibətlərini saf-çürük edərkən bilməlidir ki, qarşı tərəf nə cür düşünür.
– Siyasətçilərin istəyi bəllidir. Bir tərəf deyir torpaqları almamışıq ki, geri qaytaraq. Digər tərəf isə nə yolla olur olsun Qarabağı işğaldan azad edəcəyini bildirir. Belə bir situasiyada ziyalıların görüşü nə verə bilər?
– Əslində ziyalıların görüşü ən yüksək səviyyədə olan siyasi görüşlərin gedişatının bir fonu kimi özünü göstərir. Yəni bu tədbir, iki prezidentin görüşlərində əldə edilən nəticələrə gəlinməsinin yolunu rahatlaşdıran bir üsul kimi təqdim edilir. Rusiya tərəfi vurğunu məhz bu məqamın üzərinə vurur. Ermənilər əvvəl deyirdilər ki, azərbaycanlılar onlarla danışmaq belə istəmir.
Biz indi sübut edirik ki, nəinki Dağlıq Qarabağ erməniləri ilə danışmağa hazırıq, onlara hətta öz vətəndaşlarımız kimi baxırıq. Ona görə də məsələnin siyasi həllinə onları hazırlamaq lazımdır. Niyə ermənilər ziyalılar arasında görüşlərdən qaçırlar? Çünki hər dəfə belə görüşlərdən sonra ermənilər tərəfdə nail olduqlarına inamı azalan insanların sayı çoxalır.
– Prezidentlər ümumiyyətlə nəyəsə nail olublar?
– Bilirsiniz, bu danışıqların davam etdirilməsi göstərir ki, onlara inam bəsləmək doğrudur və əlbəttə ki, nəticəyə nail olmaq şansları çoxalır.
– Sizcə, ziyalıların görüşləri tez-tez olsun?
– Hər insan öz sahəsində hansısa addımlar atmalıdır. Oturub gözləməklə dünya Qarabağı bizə qaytarmayacaq. Digər tərəfdən, hazırda dünya gücləri elə bir tənasübdədilər ki, bu məsələnin ancaq sülh yolu ilə həllini görmək mümkündür. Əlbəttə ki, son an, son məqam da var. Amma ona qədər hər birimizin görə biləcəyi imkan, potensial, perspektivlər var.
Bunun hamısından istifadə etmək lazımdır ki, sonda əlimizdən gələni etməyə çalışdığımızı və etdiyimizi deyə bilək. Məncə bu görüşlər tez-tez keçirilərsə, bizim xeyrimizə olar. Yəni hər belə təmas bizim imkanlarımız barədə onların təsəvvürünü silkələyir, dəyişir və bu bütövlükdə məsələnin xeyrinə olur. Ona görə də onlar belə görüşlərdən yayınmaq istəyirlər. Sadəcə təşəbbüskar Rusiyadı və o istəyir ki, belə görüşlər öz ərazisində olsun.
– Ümumi götürəndə bu görüşlərin təşkili daha çox Rusiya, Azərbaycan ya Ermənistan üçün sərfəlidir?
– Deməli bu görüşdə iştirak etməklə biz heç bir qərar qəbul etmir, tövsiyə vermirik. Sadəcə şöhbətləşirik. Şəxsən mən özümə lazım olan məsələ ilə bağlı fikir dəqiqliyi əldə edirəm. Yəni mən görürəm ki, bu gün bir erməni ziyalısı nə cür düşünür və bu məsələyə münasibəti necədir.
Məsələn mən görürəm ki, onlar müharibənin bu şəkildə davam etməsindən beziblər. Mən görürəm ki, onlar sərhədlərdə dayanan snayperlərdən, eləcə də bizim KİV-dən son dərəcə ehtiyatlanırlar. Hətta belə təklif də etdilər ki, bəlkə bütün KİV bu istiqamətdə öz fəaliyyətlərini bir müddət dondursunlar. Bu, onlar tərəfdən absurd bir təklif idi və onu həyata keçirtmək mümkün olmazdı yəqin ki.
Amma hər halda onların daha çox nədən ehtiyat etdiklərini, nəyin ətrafında müzakirələrə daha çox hazır olduqlarını bilmək məncə belə bir vəziyyətdə olan tərəflərdən biri üçün çox maraqlı və faydalıdır. Yenə deyirəm, biz qərar qəbul etmirik. Biz sadəcə olaraq qərar qəbul ediləcək situasiya üçün müvafiq mənəvi və intellektual fon yaradırıq.
– Bəzən belə fikirlər səslənir ki, Ermənistan ziyalısı Qarabağın işğal olunması üçün lazım olan mərhələdə öz missiyasını yüksək səviyyədə yerinə yetirdi. Bəlkə indiki mərhələdəki bu görüşlər də artıq Ermənistan ziyalısının sülhü təmin etmək missiyası üçün nəzərdə tutulur?
– Bu da ola bilər. Tamamilə doğrudur. Onlar indi bu «status kvo»-dan çıxış edərək «gəlin dostluq edək» və sair bu kimi fikirlər səsləndirirlər. Ancaq biz də deyirik ki, torpaqlar azad edilmədən hansısa formada münasibətlərin yaxınlaşmasından danışmaq mümkün deyil. Onlar bizim bu məsələdə inadımızı görməli və nəticə çıxartmalıdırlar və məncə elə də edirlər. Amma həqiqətən də bu müharibədə udan yoxdur.
– Amma Ermənistan prezidenti deyir ki, onlar qalibdirlər.
– Onların prezidenti o qədər başa düşür də. Söhbət ondan gedir ki, biz də özümüzü qalib saya bilərik. Ermənilər özləri də bilmədən bizə çox böyük bir mənəvi sərvət verdilər. Onlar bütöv azərbaycan milli ideyasını bizə verdilər.
Ermənilərdə milli ideya həmişə olub, «Böyük Ermənistan». Bizdə isə sovet ideologiyası bizim milli ideyalarımızın üstündən çox böyük xətt çəkib oturmuşdu. İndi bizdə milli ideya var, onlar bunu bizə verdilər. Bu özü böyük itkilər bahasına olsa da böyük bir qazancdır.
– Dediklərinizi belə anlamaq olarmı ki, ziyalıların görüşündə qarşı tərəf nə təklif etsə də, Dağlıq Qarabağ ətrafı rayonlar işğaldan azad olunmayınca, keçməyəcək?
– Təxminən elə oldu, bəli. Mən də, yoldaşlarım da dedik ki, ətraf rayonları «təhlükəsizlik zolağı», «bufer zona» kimi adlandırıb işğalda saxlamaq məntiqi artıq dünəndə qalıb. İndi artıq etiraf edilir ki, biz yerdə yaşamağa məhkum olunmuşuq. Bu ərazi artıq təhlükəsizlik zolağı yox, hamını qane edəcək bir iqtisadi zonaya çevrilməlidir. Bax onları daha çox qorxudan da budur ki, biz öz inkişafımızla onların həm ciddiliyini, həm də bu istiqamətdə gələcək planlarını faktiki olaraq alt-üst edirik.
– Sülh üçün yığışan ziyalılar pərdəarxası da olsa, müharibədən danışdılarmı?
– Yox. Onlar onsuz da bizim bu məsələdə əzmimizi bilirlər. Onlar bizim gələcək söhbətlərdən, layihələrdən nə üçün imtina etdiyimizi çox gözəl anlayırlar. Amma biz bu fikirlərlə görüşmürdük. Sadəcə cəmiyyətin hər bir üzvü öz üzərinə düşən funksiyanı yerinə yetirməlidir.
Amma mən dəqiq bilirəm ki, bu gün həm Bakıya, həm də Azərbaycana müxtəlif səbəblərdən gələn erməni bu münaqişədə nəyi qazanıb nəyi itirdikləri barədə tərəddüd və şübhə mənbəyinə çevrilir. Mən inanıram ki, bizimlə ünsiyyətdə olan erməni ziyalılar da tərəddüd və şübhə içində qaldılar. Bax bu istiqaməti biz həmişə davam etdirməliyik.
– Bu görüşdə iştirak etdikləri üçün ziyalılardan narazı olanlar da var. Onlara nə deyirsiniz?