Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Putinə qarşı sui-qəsdin üstü açılıb


Rusiyanın və Ukraynanın təhlükəsizlik xidmətləri bildirirlər ki, Vladimir Putinə sui-qəsdin qabağını alıblar.

Sui-qəsd martın 4-dəki prezident seçkilərindən sonra baş verməli idi.
Rusiyanın 1-ci Kanalı sui-qəsdi planlaşdıranlardan ikisini nümayiş etdirib.

Videoda sui-qəsddə ittiham edilən iddia edirlər ki, Putinin öldürülməsi əmrini çeçen yaraqlılarının lideri Doku Umarovdan alıblar.

Doku Umarovu 2010-cu ilin martında Moskva metrosunda və 2011-ci ilin yanvarında Domodedovo hava limanındakı partlayışlarda ittiham edirlər.
XS
SM
MD
LG