Keçid linkləri

2024, 16 İyul, çərşənbə axşamı, Bakı vaxtı 18:52

Avrozonaya 2 trilyon lazımdır


Almaniyada karnavalda "Moody's", "Fitch" və "Poors" reytinq agentliklərini yamsılayıralr, Mainz, 20 fevral 2012
Almaniyada karnavalda "Moody's", "Fitch" və "Poors" reytinq agentliklərini yamsılayıralr, Mainz, 20 fevral 2012
Dünyanın aparıcı iqtisadiyyatlarının maliyyə nazirlərinin görüşündə ABŞ, Britaniya avrozona ölkələrinə deyiblər ki, avronun sabitlik fondunun artırılıb, 2 trilyon dollara çatdırılması üçün avrozona özü də əlavə pul qoymalıdır.
Yalnız bundan sonra Beynəlxalq Valyuta Fondundan (BVF) pul gözləmək olar.

G20 ölkələrinin Mexikoda maliyyə nazirlərinin görüşündə Britaniyanın maliyyə naziri George Osborne deyib: “Biz pulun rəngini görməyincə, mən inanmıram ki, siz dünyanın başqa yerlərindən pul görəsiniz”.

ABŞ, Britaniya eyni mövqedən çıxış edirlər, Almaniya isə sabitlik fondunun artırılmasının əleyhinədir. Çünki əlavə pulun çoxu Almaniyadan çıxacaq.

Yunanıstana köməyə görə Almaniya ictimaiyyətinin müqaviməti ilə rastlaşan Almaniyanın maliyyə naziri Shauble deyib ki, sabitlik fondunun artırılması məsələsinə aydınlığı gələn ay gətirməlidir.
Jurnalistlər soruşanda nə vaxt? – O deyib ki, mart ayı 1-dən başlanır, 31-nə kimi davam edir.

G20 ölkələri, o cümlədən Avropa Birliyinin maliyyə Komissarı Rehn mart ayında Almaniyanın mövqeyinin yumşalacağını gözləyir.

Mexiko görüşündə Braziliya isə bildirib ki, Braziliya avrozonaya köməyi iki şərtlə verə bilər: birincisi, avrozona özü əlavə pul qoysun, ikincisi, BVF-da səs vermə hüququnun islahatı keçirilsin.

Avrozona ölkələrinin sazişləri Avropa Sabitlik Fonduna 1 trilyon dollarlıq pul qoyulmasını təmin edir. BVF G20 ölkələrindən avrozonaya kömək üçün 500-600 milyard dollar istəyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG