Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 11:19

Moskvada «Böyük ağ dairə» qurulur

Ədalətli seçkilər üçün «Böyük ağ dairə» aksiyasının iştirakçısı
Ədalətli seçkilər üçün «Böyük ağ dairə» aksiyasının iştirakçısı
Fevralın 26-da Moskvada «Böyük ağ dairə» («Большой белый круг») adlı aksiya keçirilir. Aksiyada nə şüar var, nə plakat, nə də çıxışlar. Təşkilatçılar şəhərin mərkəzini canlı haqla ilə dairəyə almaq istəyirlər. Narazılar əl-ələ verib avtomobil yolunun kənarında duracaqlar. Halqanın bağlanması üçün 34 min adam əl-ələ tutmalıdır.
Aksiya ilə bağlı xüsusi sayt yaradılıb. Bu saytda iştirakçılar dayanacaqları yeri də göstərə bilər.
Artıq aksiya iştirakçıları toplaşırlar. İştirakçılar AzadlıqRadiosunun rus xidmətinə deyiblər ki, onlar korrupsiyasız ölkədə yaşamaq və seçkilərin azad keçirilməsini istəyirlər.


Avtomobil sürücüləri də siqnal verməklə aksiyaçılara dəstək verirlər.
Təşkilatçılar daha sonra İnqilab meydanında toplaşmağı planlaşdırırlar.
This item is part of
XS
SM
MD
LG