Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 21:02

Şimali Koreya cənubu müharibəylə hədələyir

Şimali Koreya cənubu müharibəylə hədələyib.

ABŞ-la Cənubi Koreya gələn həftə Sarı dənizdə birgə hərbi təlimlərə başlayacaq.

Şimali Koreyanın Milli Müdafiə Komitəsi bu hərbi təlimi sakitcə müharibə elan etmək kimi qiymətləndirir.

Komitənin yaydığı bəyanatda Şimali Koreya ordusunun bu hərbi təlimi müqəddəs müharibəylə pozacağı bildirilir.

Bu ərəfədə Pekində Şimali Koreyanın nüvə proqramıyla bağlı ABŞ və Şimali Koreya rəsmiləri arasında ikigünlük müzakirələr başa çatdırılıb.

ABŞ tərəfi müzakirələrin səmərəli olduğunu deyir.
This item is part of
XS
SM
MD
LG