Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 03:46

Beynəlxalq Qızıl Xaç Komitəsi Homsdan əhalini çıxarmağa çalışır


Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Suriyanın hökumət və müxaslifət nümayəndələrilə Homs şəhərindən əhalinin köçürülməsini müzakirə edirlər.

Şəhərdə hökumət qoşunlarıyla üsyançılar arasında döyüş gedir.

İndiyədək şəhərdən cəmi 27 adam çıxarılıb.

Tunisdə keçirilən Suriyayla bağlı beynəlxalq konfransda zorakılığı təcili dayandrmağa çağıran bəyannamə qəbul edilib.

Konfrans iştirakçıları həmçinin Suriya müxalifərinin yaratdığı milli şuranı xalqın maraqlarını təmsil edən bir orqan kimi tanıyıb və ölkədə milli birlik hökuməti yaratmağa çağırıblar.

Konfransda 60-dan çox ölkənin nümayəndələri iştirak edib.

ABŞ Dövlət katibi Hillary Clinton konfransda çıxış edərkən Suriya məsələsində Rusiya ilə Çinin mövqeini təbqid edib.

Rusiya ilə Çin bu yaxınlarda BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihısinə veto qoyublar.

ABŞ prezidenti Barack Obama cümə günü bildirib ki, Vaşinqton Suriyada qan tökülməsini dayandırmaq üçün bütün imkanlara əl atacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG