Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:54

Əfqanıstanda aksiyalarda 12 nəfər həlak olub


Fevralın 24-də Əfqanıstanda cümə namazından sonra keçirilən etiraz aksiyalarında 12 nəfər həlak olub. Etirazlar bir neçə gün əvvəl bu ölkədəki NATO bazalarından birində “Quran”ın yandırılmasına görə başlayıb.

Əfqan polisi paytaxt Kabulda keçirilən aksiyada silahlı adamlar olduğunu bildirir. Amma kimin atəş açdığı hələlik məlum deyil.

Herat əyalətində keçirilən aksiyalarda da ölənlər olub.

Etirazlar qonşu Pakistana da yayılıb.
XS
SM
MD
LG