Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:58

Britaniya yazıçısının romanı – ilk dəfə Azərbaycan dilində!


2004-cü il Uels Kitab ödülünü qazanmış britaniyalı yazıçı Niall Griffiths-in “Kötük” adlı romanı Azərbaycan dilində, “Alatoran” yayınları seriyasından nəşr olunub.

“Kötük” romanında hadisələr böyük şəhərlərdən uzaqda, periferiyada baş verir, həyatın dibinə düşmüş insanların başına gələnlər təsvir olunur.

İki dost, heroin düşgünü Darren və Alastair 100 dollar müqabilində bədbəxt bir insanı, nə vaxtsa bir qələt eləmiş qolukəsik bomju öldürməyə yollanırlar.

Roman qeyri-ənənəvi struktura malikdir, yazıçı həyatın alt qatında yaşayan insanların psixologiyasına ustalıqla nüfuz etməyi bacarıb.

Yazıçı haqqında məlumat: Niall Griffiths 1966-cı ildə Liverpulda anadan olub, daha sonra Aberystwyth şəhərinə köçüb. Hər iki şəhər onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Bu şəhərlərdə Uels (Welsh) mühiti Griffiths-i əməllicə təsirləndirib.

Ailəsinin kökən olaraq Uelsin Toxteth tərəflərindən olması da onun baxışlarını şəkilləndirib. Kitabların olmadığı bir evdə böyüməsinə baxmayaraq Niall acgözlüklə oxuyarmış. Sözəbaxan uşaq olmadığına görə onu cəzalandırmaq məqsədilə anasının doğulduğu kəndə göndərirlər, lakin bu hadisə Griffiths-in qarşısında qeyri-adi imkanlar açır.

Gələcək yazıçının həyat materialı toplaması üçün bu yerlər əvəzsiz rol oynayır. Sonralar qısamüddətli olaraq bir işdən başqasına keçməklə illərini xərcləsə də, yenə də gələcək əsərləri üçün material toplamaq baxımından mənasız ötüşməyib. Griffiths-in romanlarında gördüyümüz nəsibsiz insanların, marginal təbəqənin həyatının təsviri buradan qaynaqlanır.

“Mən bilirəm ki, valideyinlərim mənim uğurlarıma çox sevinirlər, lakin kitablarımı onların oxumasını istəməzdim. Yeni kitablarım nəşr olunanda onların bir nüsxəsini anama və atama göndərirəm, eyni zamanda onlardan xahiş edirəm ki, bu kitabları oxumasınlar” – deyir yazıçı.

Qeyri-ənənəvi üslubda yazılmış romanların müəllifi Niall Griffiths artıq öz ölkəsində deyil, bütün dünyada tanınmaqdadır. “Kötük” adlı bu roman onun Azərbaycan oxucularıyla ilk görüşüdür.

Bu roman Niall Griffiths-in sayca 4-cü romanıdır, ümumən yazıçının 6 romanı işıq üzü görüb və bir hekayələr toplusu nəşr olunub. “Kötük” - müasir romanın necə yazılmasını öyrənmək istəyən gənc yazıçılar üçün dəyərli bir qaynaqdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG