Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 03:02

Şəmkirdə iqamətgah tapılıb

Şəmkirin Qaracəmilli kəndi yaxınlığında Əhəmənilər dövlətinə aid böyük iqamətgah tapılıb.

Bu barədə Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi Əsgər Əsgərov bildirib.

Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində yaşı 2500 ilə yaxın olan inzibati binanın bünövrəsi və orta sütun altlıqları aşkarlanıb.

2007-ci ildən başlanılan qazıntıları Almaniya, Azərbaycan və Gürcüstan arxeoloqları aparır. Qazıntılar davam edir.

Bu cür abidələr Azərbaycanda ilk dəfə 1958-59-cu illərdə Qazax rayonunda tapılıb.
This item is part of
XS
SM
MD
LG