Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 04:25

Misirdə prezidentliyə namizədə hücum olub

Dünən gecədən keçmiş Qahirədə Misir prezidentliyinə namizəd Abdel Mobeim Abdul Fatuhə hücum olub.

Üç silahlı şəxs onun maşınını yolda saxlayıb. Sürücünü və maşında olanları döyüblər. Abdul Fatuh xəsarət alıb.

Abdul Fatuh Misirdəki tanınmış “Müsəlman qardaşları” hərəkatının liderlərindən biridir. O, prezident seçkilərində qələbəyə ən yaxın namizədlərdən sayılır.

Misirdə prezident seçkiləri iyun ayında keçiriləcək.
This item is part of
XS
SM
MD
LG