Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 00:02

Fransada hökumət sənədlərindən “mademoiselle" çıxarıldı


Fransanın rəsmi sənədlərində qadınlardan öz evlilik statusunu bildirmək üçün “madam” və “mademoiselle” sözlərindən birini seçmək tələbi ləğv olundu.

Fransanın baş naziri Fillon göstəriş verib ki, ərə getməmiş qadınlar üçün istifadə olunan “mademoiselle” sözü bütün hökumət sənədlərindən çıxarılsın.

Bundan sonra hökumətin sənəd formasını dolduranda qadınlar yalnız “Madame” , kişilər isə əvvəlki qaydada “Monsieur” yazacaqlar.

Sentyabr ayında Fransanın iki qadın təşkilatı kampaniyaya başlamışdılar ki, qadınlardan evlilik statusunu öyrənən dolayı tələb cinsi ayrı-seçkilikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG