Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:52

«Qırmızı Körpü» əsaslı bərpa olunur


Bu barədə Qazax Mədəniyyət və Turizm İdarəsinin rəisi Valeh Vəliyev məlumat verib.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən «Qırmızı Körpü»nün bərpasına Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri cəlb olunub.

«Qırmızı Körpü» (Sınıq körpü) Ehram çayı üzərində yerləşir. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad ona tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. Uzunluğu 175 metrdir və 4 aşırımlıdır.

4 ilə yaxındır ki, körpü qəzalı vəziyyətdədir. Hazırda ondan istifadə olunmur.
XS
SM
MD
LG