Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 23:59

Ankarada İncilin nadir nüsxəsi tapılıb


Arxiv foto

20 milyon avroluq dəyəri olan kitabı Vatikan araşdırmaq istəyir

Ankara ədliyyəsinin arxiv binasında 1500 yaşı olan İncil tapılıb. Türkiyə mediasının yaydığı məlumata görə, bu kitab Süryəni əlifbası ilə yazılıb və Arami dilindədir. Bu dil İsa peyğəmbərin danışdığı dil kimi qəbul edilir. Hazırda isə bu dildə yalnız Suriyanın Dəməşq şəhəri yaxınlığındakı bir kənddə danışılır.

Kitab 2000-ci ildə Aralıq dənizi bölgəsində həyata keçirilən qaçaqmalçılıq əməliyyat zamanı bir cinayətkar şəbəkə üzvlərindən alınıb. Polis həmin əsərin fotosurətinin çıxarılıb-çıxarılmadığını müəyyənləşdirmək istəyib. Məlum olub ki, İncilin surətini 2-3 milyon avroya satmaq mümkün imiş. Cinayətkarlar həbsə atılandan sonra İncil nüsxəsi də sahibsiz olması ucbatından, ədliyyə arxivinə təhvil verilib.

Bu günlərdə çıxarılan məhkəmə qərarına əsasən, unikal İncil polis müşayiəti ilə Etnoqrafiya Muzeyinə təhvil verilib. 8 ildir ədliyyə idarəsinin arxivində saxlanılan kitabın dəyəri ilkin olaraq 40 milyon türk lirəsi (təxminən 20 milyon avro) qiymətləndirilib.

Vatikan artıq kitab üzərində araşdırma aparılması üçün icazə istəyib.
XS
SM
MD
LG