Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Məhkəmə AYB-nin əleyhinə qərar çıxardı


Səbail Məhkəməsi Azərbaycan Yazıçılar Birliyinin var.az saytının müxbiri Gülər Mehdizadənin informasiya sorğusunu cavablandırmamasından verilən şikayətə baxaraq belə qərar çıxarıb.

Həmin qərara görə, AYB jurnalistin sorğu ilə istədiyi bütün bilgiləri ona təqdim etməlidir.

Bu barədə məlumatı Media Hüququ İnstitutu (MHİ) yayıb. Araşdırma MHİ-nin “Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək” təşəbbüsü çərçivəsində aparılır.
“İnformasiya əldə etmək haqqında” qanuna görə, belə bilgilər açıq bilgi sayılır.

Bu araşdırmanın məqsədi belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaq olub.

Jurnalist 2011-ci ilin noyabrında AYB-nin 3 il üzrə maliyyə hesabatının, eləcə də birliyin büdcəsindən yazarların yaradıcılığının təbliğinə ayrılan vəsaitlərin məbləği barədə bilgilərin ona təqdim olunmasını xahiş edib.

AYB bilgi sorğusunu cavablandırmadığından jurnalist Səbael Məhkəməsində iddia qaldırıb. Məhkəmə də Birliyin üzərinə sorğuya cavab vermək vəzifəsi qoyan qərar qəbul edib.

AYB-in mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu AzadlıqRadiosuna deyib ki, yaxşı olar ki, jurnalist bu məlumatları onlardan yox Səbayel rayon maliyyə şöbəsindən soruşsun.

“AYB ictimai qurumdur və maliyyə ilə əlaqədar qurumlardan başqa heç kimə hesabat vermək məcburiyyətində deyil. Qaldıki ədəbi orqanlara ayrılan pula, artıq bu bizdən çoxdan alınıb. İndi pulu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ayırır. Getsinlər ordan məlumat alsınlar”.
XS
SM
MD
LG