Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:50

Xırdalanda nəqliyyatla bağlı problem həll olundu


119 saylı marşrutun fəaliyyəti bərpa edilib.

Bu barədə AzadlıqRadiosuna 119 saylı marşrutun avtodəstə rəisi Taleh Cavadov məlumat verib.

«4-5 gün əvvəl xətdən çıxarılan 18 iritutumlu avtobuslarımızın hamısı indi xətdədir».

Yolların dağılmasını əsas gətirən Abşeron rayon İcra Hakimiyyəti bir-neçə gün əvvəl iritutumlu avtobusların hərəkətinə məhdudiyyət qoymuşdu.

Fevralın 22-də Nəqliyyat Nazirliyi ilə icra hakimiyyəti arasında aparılan müzakirələrdən sonra məsələ öz həllini tapıb.

Xırdalandan Bakıya hazırda iki –119 və 135 saylı marşrutlar işləyir.
XS
SM
MD
LG