Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:43

Moskvada 100 mindən çox vətəndaş mitinqə çıxır


Moskvada prezidentliyə namizəd Vladimir Putin tərəfdarlarının yürüşünə start verilib. Nümayişçilər mitinqin keçiriləcəyi “Lujniki” stadionuna doğru irəliləməyə başlayıblar. Aksiyada 100 min vətəndaşın iştirak edəcəyi bildirilib.

Bu gün Moskvada digər namizədlərin, o cümlədən Gennady Zyuganov və Vladimir Jirinovski tərəfdarlarının da aksiya keçirəcəyi gözlənilir.

Moskvada baş tutacaq bugünkü aksiyalarda birlikdə 120 min insanın iştirakı gözlənilir. Asayişi 10 min polis qoruyacaq.
XS
SM
MD
LG