Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:32

«Montin bazarı»nda satıcıların etirazı, İranın qonşularla «danışıq dili»...


Foto: Arxiv
Foto: Arxiv
«İranın Azərbaycana verdiyi notanın heç bir əsası yoxdur». YAP icra katibi, deputat Əli Əhmədov bunu «Yeni Azərbaycan» qəzetinə müsahibəsində deyib.

«Nota dili ilə danışmaq qonşuluq münasibətlərinin ümumi fəlsəfəsinə və məntiqinə uyğun gəlmir» - deyə Ə.Əhmədov bildirib.

«Yeni Müsavat» qəzeti Sabirabadda polisdən qaçan 2 aksiyaçının özünü Kür çayına atmasından yazır. Rayonun Azadakənd kəndində aksiyaçıların siyahısını hazırlayan iki nəfəri polis saxlamaq istəyib:

«Polisin əlinə keçməmək üçün hər iki aksiya iştirakçısı özünü Kür çayına atıb. Üzərək qarşı tərəfdəki Seydan kəndinə çıxan sakinlər ordan Salyan rayonuna gediblər…».

«Montin bazarı»nda satıcılar üsyan qaldırdı». «Bizim yol» qəzeti yazır ki, bazardakı etiraza dövlət qurumları və bazar rəhbərliyinin irəli sürdüyü yeni şərtlər səbəb olub:

«Bazar rəhbərliyinin yeni şərtləri bunlardır. Öz hesabımıza obyektlərimizə kassa yerləşdirməliyik. Vergilər Nazirliyinə və dövlət Sosial Müdafiə Fonduna da pul ödəməliyik». Satıcıların dediyinə görə, məqsəd onları Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərinə göndərməkdir.

«Azadlıq» qəzeti POS-terminalların banklara yük ola biləcəyini yazır: «POS-terminallların olması müsbət hal sayılsa da, yalnız bir şirkətin gətirdiyi terminallardan istifadə olunması və bunun imperativ şəkildə banklara təqdim olunması qaranlıq məqamlardan xəbər verir…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG