Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Keçən il Bakı fəvvarələrinə 20 milyon manat xərclənib


Bakıda Fantan Meydanı, iyun 2010
Bakıda Fantan Meydanı, iyun 2010
Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş məlumata görə 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti 221 milyon 117 min manatlıq tender keçirib. Keçən il keçirilmiş tenderlərlə tanışlığı davam etdiririk.

Şəgər rəhbərliyi 2011-ci ildə paytaxtda yeni fəvvarələrin inşasına 20 milyon 5 min 690 manat, tarixi əhəmiyyətli binaların və adi binaların dam örtüklərinin, fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılmasına 88 milyon 710 min 370 manat xərcləyib.

Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının təmiri ilə bağlı elan olunmuş tenderdə "Abad" İTTFŞ qalib seçilib və bu işlərə 1 milyon manat ayrılıb.

BAKI YOLLARININ TƏMİRİNƏ 101 MİLYON AYRILIB

Bakı və onun qəsəbə, kənd yolların əsaslı təmiri, yolların asfalt örtüyünün təmir və yenidənqurmasına ümumilikdə 101 milyon 312 min 343 manatlıq tender keçirilib.

Bakıda torpaqların texniki rekultivasiya işlərinə isə 200 min manatdan çox pul xərclənib.
"Ge Force" MMC isə Bakıdakı köhnə binanın söküntüsü ilə bağlı tenderində qalib gəlib. Şirkətə bu işlərin icrası üçün 102 min manata ayrılıb.

Mənzil fondunun əsaslı təmir və yenidənqurmasına 1 milyon 778 min 366 manat, Bakının küçə və prospektlərinin abadlaşdırılmasına 21 milyon 424 min 157 manat verilib.

BAKIDA GÜL, AĞAC-BƏZƏK BİTKİLƏRİNƏ 5 MİLYON MANAT

Bakıdakı gül və gül məhsullarına 20 min, əkin materiallarına 4 milyon 245 min 254 manat, ağac-bəzək bitkilərinə 142 min 550 manat sərf olunub. 340 min manata isə gübrə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG