Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:09

Kasıbların tərəfində olan Koroğlu, yeni kanalizasiya, vəkil tapmayan nardaranlı


Foto: Arxiv
Foto: Arxiv
«Heykəli Koroğluya qoyurlar, nərə çəkənsə korrupsiyadır». Şahvələd Çobanoğlu «Azadlıq» qəzetində belə yazır.

«Koroğlu indiki dövrdə yaşasaydı, bu hakimiyyətin əleyhinə, onun paşalarına qarşı çıxardı. Amma xalqı soyan bu adamlar Koroğluya heykəl qoyurlar. Mən bu təzaddan danışıram. Məhz bu hakimiyyət Koroğluya heykəl ucaldanda, o, əlində dubinka tutub xalqı döyən polis komandirinə oxşayır. Koroğlu isə bunu istəməzdi. Əvəzində Koroğlu Göyçay Mərkəzi Xəstəxanasının 1 ildə 269873 manata dəftərxana ləvazimatı aldığını eşidib nərə çəkərdi…».

«Azərbaycan» qəzeti də Bakıda Koroğlunun abidəsinin açılışından yazır. Prezident İlham Əliyev mərasimdə deyib: «Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər…».

«Yeni Müsavat» qəzeti yazır: «Həbs edilən nardaranlılara vəkil tapılmır». Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib ki,
Foto: Arxiv
Foto: Arxiv
MTN-də saxlanılan qardaşına vəkil tuta bilməyib: «Hansı səbəbdənsə vəkillər onun müdafiəsini öz üzərinə götürmək istəmirlər. İstədiyimiz odur ki, qardaşıma müstəqil vəkil tutaq. Niyazinin azyaşlı uşağı var. Onu ötən həftə Maştağa Ruhi Dispanserindən palatadan aparıblar…».

«Bakının kanalizasiya şəbəkəsi yenidən qurulmalıdır». «Yeni Azərbaycan» qəzetinə danışan «Azərsu» ASC-nin Strateji İnkişaf Departamentinin rəisi Əhməd Məmmədov belə deyib:

«Şəhərin hazırkı inkişaf planı və işlənən Master Plan yaranan çirkab suların bir hissəsinin şəhərin qərb hissəsinə yönəldilməsinin məqsədəuyğun olduğunu göstərir. Hazırda paytaxtın qərb hissəsində yaranan çirkab sular şəhərin, demək olar ki, mərkəzindən keçirməklə tamamilə əks istiqamətə, nasoslardan istifadə etməklə böyük enerji sərfiyyatı hesabına Hövsan Aerasiya Stansiyasına ötürülür. «Azərsu» ASC bu problemin həlli istiqamətində konkret işlərə başlayıb…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG