Keçid linkləri

2026, 22 Oktyabr, cümə axşamı, Bakı vaxtı 23:48

Quranın yandırılmasına etiraz olaraq aksiyalar davam edir

Əfqanıstanda Bagram bazasında Quran nüsxələrinin yandırılmasına etiraz olaraq dünəndən başlayan etiraz aksiyaları bu gün də davam edir.

Kabildəki bu günkü aksiyada polislə etirazçılar arasında qarşıdurma olub. Yaralılar var. Bu gün ABŞ-ın Kabildəki səfirliyi işləmir. Səfirlik əməkdaşlarına şəhərə çıxmamaq tövsiyə olunub. Qarşıdurmalar Cəlalabad şəhərində də olub.

ABŞ-ın müdafiə nazir Leon Panetta Amerikanın Əfqanıstandakı hərbi bazasında Quranla rəftara görə üzr istəyib. Panetta araşdırma aparılacağına söz verib.
This item is part of
XS
SM
MD
LG