Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

İ.Əliyev: «Siz Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


ŞƏRQ QAPISI
14.01.2012
Sayı: 8 (20.430)

MÜASİR NAXÇIVAN: İQTİSADİ İNKİŞAFDAN MİLLİ İNTİBAHA DOĞRU

Elə şəxsiyyətlər var ki, onların həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün nümunəyə, yaşadığı dövrün inkişaf salnaməsinə çevrilir. Belə insanlar öz xoşbəxtliyini, səadətini Vətənə xidmətdə görürlər. Onlar millətin dayağı və mənəvi xəzinəsidir... Naxçıvanın son 16 ildə yazılan və yaradılan tarixi məhz belə işıqlı ideyalara söykənir.

1990 - 1993- cü illərdə ulu öndər Heydər Əliyevin yanında çalışaraq böyük dövlətçilik təcrübəsi qazanan, geniş dünyagörüşə malik olan və bacarıqlı dövlət xadimi kimi formalaşan Vasif Talıbovun 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın tarixində yeni bir səhifə açılmışdır.... Məhz son 16 ildə həyata keçirilən düzgün siyasət nəticəsində muxtar respublikamız inkişafdan intibaha qədəm qoymuşdur...

Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir. Muxtar respublikanın bugünkü yüksəlişi 5 min illik tarix boyu yaradılan intibahların ən uca zirvəsində dayanır...
Xalqımızın böyük öndəri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirdiyi görüşdə demişdir: «Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim...»

Muxtar respublika rəhbərinin fəaliyyəti ölkə prezidenti cənab İlham Əliyev tərəfindən də dəfələrlə yüksək qiymətləndirilmişdir. Dövlət başçısı çıxışlarının birində demişdir: «Siz Naxçıvanda işlərin düzgün qurulması, Naxçıvanın rəhbərliyinin – Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Hər sahədə yüksəliş var
- 2011-ci ilə uğurla yekun vurulub
- Yeni idman qurğuları və intellektual oyun avadanlıqları istifadəyə verilib
- Doktorant və dissertantlarla görüş
XS
SM
MD
LG