Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 18:57

Strauss-Kahnı yenə polisə aparıblar


BVF-nun keçmiş rəhbəri Strauss-Kahn Fransanın Lill şəhərində polis məntəqəsinə sorğu-suala aparılıb.
Onun çağırılmasına səbəb - Fransa polisinin korporasiyaların xərcləri və fahişəliyin əlaqəsi ilə bağlı apardığı istintaqdır.

Polisdə olan məlumatlara görə, Fransa biznesinin rəhbərləri fahişələrlə əylənib, bunu korporasiyaların xərc maddəsinə salırlar.
Hazırda 8 adam tutulub.

Tutulanlardan iki nəfəri Lill şəhərindən olan və Srauss-Kahna yaxın iki biznesmendir.
Tutulanlardan biri isə polis komissarıdır.

Reuters yazır ki, Fransada fahişələrin xidmətindən istifadə qanunsuz deyil.
Ancaq Strauss-Kahn desə ki, Parisdə və ya Nyu Yorkda onun olduğu biznes məclislərində fahişələrdən istifadə olunurdu və ya bu xərclərin şirkətlərin xərclərinə salındığını bilirdi, onda Strauss-Kahnın polislə problemləri yarana bilər.

Strauss-Kahn may ayında Nyu Yorkda hotel xidmətçisini zorlama cəhdində ittiham olunandan sonra BVF-nun rəhbərliyindən istefa vermişdi.

Polis Strauss-Kahnı 48 saat saxlaya bilər.
XS
SM
MD
LG