Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 16:17

Daxili İşlər Nazirliyində yeni təyinatlar olub


Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Qax rayon Polis Şöbəsinin rəisi Bəylər Abbasov tutduğu vəzifədən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əli İbrahimov isə nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə rəis vəzifəsinə təyinat alıb. Həmin məktəbin bundan əvvəlki rəisi Ramiz Abdullayev təqaüdə göndərilib.

R.Usubov həmçinin Bakının Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəis müavini Cümşüd İsmayılovun Qax rayon Polis Şöbəsinə rəis təyin edilməsi barədə əmr imzalayıb.
XS
SM
MD
LG