Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:29

JMK Azərbaycanı yenə tənqid edir


Beynəlxalq media hüququ təşkilatı olan Jurnalistləri Müdafiə Komitəsi 2011-cu ildə mətbuata hücumlarla bağlı hesabat açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, dörd illik həbsdən sonra Eynulla Fətullayev azadlığa buraxılsa da, ölkədə yerli jurnalistlərə qarşı basqılara görə cəzasızlıq hökm sürməkdə davam edir.

“Dini mövzuda və hökumət əleyhinə tənqidi yazıları ilə tanınan Rafiq Tağı Bakıda- küçədə bıçaqlanandan sonra ölüb. Müxalif “Azadlıq” qəzetinin iki müxbiri yazılarına görə döyülüb, “Xural” qəzetinin baş redaktoru həbsdədir” – hesabatda belə deyilir.

Həmçinin bildirilir ki, ölkədə belxəlxalq jurnalistlərə qarşı ədavət də artıb, İsveç televiziyasından insane haqları ilə bağlı film üçün gələn komandanın ölkədən çıxarılması, Birləşmiş Ştatlar və Britaniyadan olan könüllülərin hücuma məruz qalması faktları qeyd olunur. Hesabatda bütün bu cinayətlərin cəzasız qaldığı bildirilir.
XS
SM
MD
LG