Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:36
«İran televiziyasının müxbiri kimi təqdim olunan adda İran televiziyasının Azərbaycanda rəsmi akkreditasiyadan keçmiş jurnalisti, müxbiri, yaxud əməkdaşı yoxdur».

Bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İran televiziyasının müxbiri kimi təqdim edilən Anar Bayramlının saxlanmasına münasibət bildirərkən deyib.

Ə.Həsənov «APA»ya bildirib ki, İran televiziyasının Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş nümayəndəsinin adı bəllidir:

«Onunla bağlı Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarda qeydlər var. Amma mətbuatda adı İran televiziyasının müxbiri kimi çəkilən adda əməkdaş yoxdur».

Anar Bayramlını fevralın 17-də Binəqədi rayon polisi saxlayıb. Ondan narkotik vasitə götürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG