Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:41

Pikasso rolunu Antonio Banderas oynayacaq!


Antonio Banderas
Antonio Banderas
Tanınmış Hollivud ulduzu Antonio Banderas Karlos Saurun “33 gün” filmində Pablo Pikasso obrazını canlandıracaq.

Bu xəbəri Lenta.ru Variety-yə istinadən yayıb.

Film ünlü ispan rəssamının “Guernica” (Gernika) tablosu üzərindəki işinə həsr olunub.

Bu rəsm əsəri 1937-ci ildə çəkilib.

Mövzusu ispan şəhəri Guernica-nın həmin il alman və italyan hava qüvvələri tərəfindən bombalanmasıdır.

Pikasso bu rəsmi 33 günə çəkib. Filmin adı da o üzdən “33 gün”dür.

Araşdırıcılar bu əsərin çəkilişinin, onun 33 günə tamamlanmasının rəssamın şəxsi ovqatına böyük təsir göstərdiyini yazırlar. Gərgin iş Pikassonu düşdüyü ağır mənəvi böhrandan qurtara bilib.

“33 gün” filminin büdcəsi 8 milyon dollardır.

Çəkilişlərin bu ilin yayında başlanacağı xəbər verilir.

Film həm Parisdə, həm də Guernica-da çəkiləcək.

Antonio Banderasın ən son filmi Stiv Soderberqin “Nakaut” (“Haywire”) filmidir. Bu filmdə Banderas bir neçə tanınmış adlarla çəkilib. Onlardan birini xatırlatmaq yetər—Maykl Duqlas.

Maraqlıdır ki, bir neçə il öncə Banderasın daha bir ispan rəssamının obrazını yaradacağı xəbəri yayılmışdı.

O zaman Sayman Uestin Salvador Dali haqqında çəkəcəyi filmə Banderasın baş rola dəvət olunduğu bildirilirdi.

Xatırladaq ki, Pablo Pikasso uzun bir ömür yaşayıb.

1881-ci ildə İspaniyada-Malaqada doğulub.

1973-cü ildə Fransada-Müjendə dünyasını dəyişib.

Rəssamlıqda yeni cərəyanın—kubizmin banisidir.

Pikasso həm də heykəltəraş və dizayner kimi məşhurlaşıb. Bacarığını digər təsviri sənət sahələrində də sınayıb.

Pikasso onun ana soyadıdır.

Əsl adı çox uzundur - Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso.

Onun İspaniyada vətəndaş müharibəsinə həsr olunmuş “Guernica” əsəri İspaniyanın adlı-sanlı “Prado” muzeyində saxlanılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG