Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Aclıq edən Fikrət Hacıyevin səhhəti pisləşib


Gəncədə müəllim aclıq aksiyası keçirir
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00
Direct-ə keçid
-
11 gündür ki, aclıq aksiyası keçirən Gəncə Dövlət Universitetinin keçmiş müəllimi Fikrət Hacıyevin səhhəti zəifləyib.

Bu barədə onun bacısı Almaz İsgəndərova məlumat verib.

F.Hacıyev isə hələ də aksiyanı davam etdirmək əzmində olduğunu deyir:

«Yeriməkdə çətinlik çəkirəm. Amma mənəvi gücümlə aclığa dözəcəyimə inanıram. Aclıq etdiyim müddətdə 3 dəfə prezidentə müraciət yazmışam. Ancaq heç bir cavab yoxdur».

Təcili Tibbi Yardım Stansiyasının həkimi Siyavuş Ağayev də Fikrət Hacıyevin zəiflədiyini deyir. Lakin təzyiq və ürəkdöyünmələri hələlik normaldır.

Gəncə Dövlət Universitetinin Ümumi fizika kafedrasının keçmiş baş müəllimi Fikrət Hacıyev fevralın 10-dan aclıq aksiyası keçirir. O, dərsə gəlməyən tələbələrə qaib yazdığı üçün işdən azad edildiyini deyir.
XS
SM
MD
LG