Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

İran Britaniya və Fransa şirkətlərinə neft satışını dayandırıb


İranın neft nazirliyi Britaniya və Fransa şirkətlərinə neft satışını dayandırıb.

Nazirliyin sözçüsü Ali Reza Nikzad Rahbar bildirilir ki, İran öz neftini başqa müştərilərə satacaq.

Avropa Birliyi bu yaxınlarda iyulun birindən İrandan neft alınmasının dayandırılması barədə qəbul edib.

Tehran isə beynəlxalq sanksiyalara cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələyib.

İran bunadək istehsal etdiyi neftin təxminən 20 faizini Avropa Birliyi ölkəlkərinə satırdı.

Amma ekspertlər Tehranın bu addımının Fransa ilə Britaniyaya elə bir təsiri olmayacağını deyirlər.

Çünki Fransa ötən il neftə olan təlabatının cəmi 3 faizini İrandan alıb.

Britaniya isə artıq irandan neft almaq fikrində deyil.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG