Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 00:56

Frankfurt hava limanında növbəti tətil gözlənilir

Almaniya həmkarlar ittifaqının liderləri həftə ərzində 3-cü dəfədir ki, Frankfurt hava limanının əməkdaşlarını tətilə çağırır.

Bu Avropada böyüklüyünə görə 3-cü hava limanıdır.

Bazar ertəsi 24 saatlıq tətil gözlənilir.

Cümə axşamı keçirilmiş tətildə 172, cümə günü isə 280 reys təxirə salınıb.

Onlar əməkhaqlarının artırılmasını tələb edirlər.

Söhbət təyyarə parkına nəzarət edən 200-ə yaxın işçidən gedir.
This item is part of
XS
SM
MD
LG