Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Rus dili Latviyada ikinci rəsmi dil olmayacaq


Latviya. Riqa. Referendumdan görüntü
Latviya. Riqa. Referendumdan görüntü
Fevralın 18-də Latviyada rus dilinə ikinci dövlət dili statusu verilməsi ilə bağlı referendum keçirilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 75 faiz bunun əleyhinə, 25 faiz lehinə olub. İki dilliyin ən çox tərəfdarı Daugavpilsdə olub. Burda seçicilərin 55 faizi rus dilinin ikinci dövlət dili olmasının lehinə, 44 faiz əleyhinə səs verib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə insidentsiz keçib, ciddi nöqsanlar olmayıb.
Seçicilər pasportla hansı məntəqədə istəsələr səs verə biliblər. Məsələn, Riqanın səsvermə məntəqələrindən biri bomboş olub, 500 metr aralıdakı məntəqədə isə səs vermək üçün növbə yaranıbmış.
Fevralın 18-də gecədən keçmiş Latviyanın televiziya və radiosunda ilkin nəticələr müzakirə olunub. Referendumun təşkilatçılarından biri, «Doğma dil» cəmiyyətinin rəhbəri Vladimir Linderman bildirib ki, referendumun məqsədi cəmiyyətdə ruslarla latışlar arasında dialoqa başlamaq olub. Linderman deyib ki, referendum son deyil, ruslar öz hüquqları uğrunda mübarizəni bundan sonra da davam etdirəcək.
«Doğma dil» təşkilatında ümid edirdilər ki, rus dilinin ikinci dil olması üçün azı 300 min adam səs verəcək. Ancaq nəticə ümid edildiyindən bir az olub – 275 min. Rus dilinin Latviyada ikinci dövlət dili olmasının əleyhinə 820 min adam səs verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG