Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:22

Azad Gənclik Təşkilatı ilk qurultayını keçirdi


Fevralın 18-də Azad Gənclik Təşkilatının 1-ci qurultayı keçirilib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında baş tutan qurultayda təşkilatın illik hesabatı dinlənilib.

Daha sonra quruma sədr seçkiləri keçirilib. Namizədlər Ülvi Həsənli, Orxan Abdulla, Ziya ZamanlıTəbriz Önər idi.

Gizli səsvermə nəticəsində Ülvi Həsənli təşkilatın sədri seçilib.

Azad Gənclik Təşkilatı 2011-ci ilin yanvarında təsis edilib.

Elə qurumun ilk sədri də Ülvi Həsənli olub.

Azad Gənclik Təşkilatının qurultayında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və VHP-nın sədri, deputat Sabir Rüstəmxanlı da iştirak edib.
XS
SM
MD
LG