Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 00:00

Şkoda bildirir ki, Belorus rejiminin yox, idmançıların maraqlarını müdafiə edir


Çex Respublikasının avtomobil şirkəti olan Şkoda bildirir ki, 2014-cü ildə keçiriləcək Hokey üzrə Dünya Çempionatına sponsorluğu hansısa rejimə dəstək deyil. Onlar sadəcə olaraq idmançıların maraqlarını müdafiə edirlər.

Həmin Çempionat Belorusda keçiriləcək. Beynəlxalq insan haqları təşkilatları Belorusda insan haqlarının vəziyyətinin son dərəcə ağır olduğunu bildirirlər.

Fevralın 16-da Belorusun müxalifət fəalları, o cümlədən də keçmiş prezidentliyə namizəd Ales Mikhalevic həmin çempionata sponsorluğuna görə Şkodanın Prqadakı ofisi qarşısında piket keçiriblər. Belorusdakı siyasi məhbusların portretlərini qaldıran piketçilər “Belorus diktatoruna dəstəyə son qoyulsun” şüarları səsləndiriblər.
XS
SM
MD
LG