Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 04:38

Chavez siyasi rəqibini «donuz» adlandırır


Hugo Chavez
Venesuela prezidenti Hugo Chavez fevralın 16-da televiziya ilə çıxışında siyasi rəqibini «donuz» adlandırıb. 2012-ci ilin oktyabrında keçiriləcək prezident seçkisində indiki sosialist prezident Hugo Chavezin rəqibi sol-mərkəzçi Henrique Capriles olacaq. O, Miranda ştatının qubernatorudur.
Rəqibini uğursuz biri adlandıran Hugo Chavez deyir: «Kostyumunu neçə dəfə dəyişməyin mənası yoxdur. Sənin donuz bədənin, eləcə də donuz qulaqların onsuz da görünür. Düz donuz kimi xoruldayırsan. Dediyim odur ki, sən donuzsan».
Fevralın 13-də keçirilən regional seçkidə Capriles qalib gələndən bəri Chavezin tərəfdarları ona kəskin hücumlar edirlər. Onlar Caprilesi cinsi azlıq və ABŞ-ın kuklası adlandırırlar.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG