Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:18

Əhmədinejad ölkəsinin problemlərinə səbəbi kənar müdaxilələrdə görür



İranın prezidenti Mahmud Ahmadinejad bildirir ki, iranın və eləcə də regionun bütün problemləri xarici müdaxilələrdən qaynaqlanır. Bu barədə o, Pakistanın paytaxtı İslamabadda Pakistan və Əfqanıstan prezidentləri ilə görüşündə deyib.

Əhmədinejad bildirir ki, xarici qüvvələr “bizim ölkələrimizin inkişafına mane olur”.
Amma İran prezidenti xarici qüvvələr kimi konkret adlar çəkməyib.

İran nüvə proqramlarına görə ABŞ və Avropa Birliyi ölkələrinin kəskin sanksiyaları ilə üz-üzə qalıb. Amma Tehran israrla bildirir ki, onun nüvə fəaliyyəti yalnız dinc məqsədlidir.
XS
SM
MD
LG