Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Taliban danışıqlar aparmadığını bildirir


Taliban hərəkatının nümayəndəsi Əfqanıstan prezidenti Hamid Karzainin ABŞ, Əfqanıstan və Taliban arasında üçtərəfli danışıqlar aparılması ilə bağlı dediklərini təkzib edib. Bildirib ki, heç bir danışıqdan söhbət gedə bilməz.

Wall Street Journal qəzetinə müsahibəsində Karzai demişdi ki, danışıqlar gedir. Ancaq görüşün yeri və detalları barədə məlumat verməkdən imtina etmişdi.

Taliban hərəkatı bundan əvvəl də Əfqanıstan hökuməti ilə dialoqa girməkdən imtina etmişdi.
XS
SM
MD
LG