Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

David Cameron Britaniyanın parçalanmasına qarşı mübarizə aparacağını deyir


Birləşmiş Krallığın dağılmasına qarşı var gücümlə mübarizə aparacam.

Bunu cümə axşamı Şotlandiyanın paytaxtı Edinburqda Böyük Britaniyanın baş naziri David Cameron bəyan edib.

O qeyd edib ki, Böyük Britaniyanın birliyinin qorunub sxlanması onun bütün vətəndaşları, xalqları üçün sərfəlidir.

David Cameron bu gün Şotlandiyanın 1-ci naziri Alex Salmondla görüşür.

Şotlandiya milli partiyasının lideri Salmond ölkənin Böyük Britaniyadan ayrılmasının tərəfdarıdır.

Danışıqlar zamanı müstəqilliklə bağlı Şotlandiyada keçiriləcək referendumun vaxtı və şərtləri müzakirə olunacaq.

İngiltərə ilə Şotlandiya 1707-ci ildə birləşmək barədə müqavilə imzalayıblar.
XS
SM
MD
LG