Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:16

Whitney Houston-un dəfn mərasimi canlı yayımlanacaq


Whitney Houston
Whitney Houston
Şənbə günü bir otel otağında ölü tapılan ABŞ-ın ünlü pop ulduzu Whitney Houston-un dəfni internetdən izlənə biləcək.

Bu açıqlamanı müğənninin mətbuat sözçüsü Kristen Foster Associated Press xəbər Agentliyinə bildirib.

Foster New Jersey ştatında şənbə günü keçiriləcək dəfn mərasimini izləmək üçün izn verildiğini açıqlayıb.

Xatırladaq ki, Whitney Houston 1963-cü ildə Newark-ta dünyaya gəlib. Ünlü müğənninin dəfn mərasimi uşaqkən mahnı söylədiyi New Hope Baptist kilsəsində düzənlənəcək.

Müğənni Westfield-da Fair View qəbiristanlığında 2003-cü ildə dünyasını dəyişmiş atası John Russel Houston JR-ın yanında torpağa veriləcək.

Dəfn mərasimi şənbə günü livestream.com adresindən izlənə biləcək.
XS
SM
MD
LG