Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:09

Ali məktəblərə qəbul sistemi yeniləşdirilə bilər


Azərbaycanda ali məktəblərə qəbul sistemi yeniləşdirilməlidir.

Bunu Təhsil naziri Misir Mərdanov «Milli təhsilin gələcəyi» adlı dəyirmi masada bildirib.

«Test üsulunun çox böyük üstünlükləri var. Lakin şifahi imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün deyil», - M.Mərdanov deyib.

Nazir həmçinin qeyd edib ki, pedaqoji ixtisasları bitirən şəxslərin əlavə olaraq bir illik internatura keçməsi tətbiq olunacaq.

«Necə ki, Tibb Universitetinin tələbələri belə edirlər. Dünyada bu, tətbiq olunur. Ali məktəbi bitirən kimi məzunu məktəbdə dərs deməyə buraxmaq olmaz», - nazir əlavə edib.
XS
SM
MD
LG