Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 08:29

Bu gün Suriya ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılacaq


BMT Baş Assambleyasında bu gün Suriyadakı vəziyyətlə bağlı qətnamə layihəsi üzrə səsvermə keçiriləcək.

Qətər və Səudiyyə Ərəbistanın təklif etdiyi layihədə Suriyadakı zorakılıq kəskin pislənir, buna görə prezident Bashar al-Assad rejiminin məsuliyyət daşıdığı deyilir. Layihədə həmçinin, Ərəb ölkələri liqasının Assadın istefası və müvəqqəti keçid hökumətinin yaradılmasını nəzərdə tutan sülh planı da dəstəklənir.

Baş Assambleyanın qətnaməsi məsləhət xarakterlidir. Bundan öncə oxşar qətnamə BMT-nin Təhlükəsizlik Şurasında Rusiya və Çin tərəfindən rədd olunmuşdu.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə bildirib ki, Assadın istefasını tələb etməyi düzgün çağırış hesab etmir. Nazir həmçinin Suriya hökumətinin fevralın 26-sı ölkənin yeni konstitusiyası ilə bağlı referendum keçirmək istəyini də alqışlayıb. Vaşinqton isə Bashar Assadın referendum keçirmək planını “gülünc” adlandırıb.

Suriyada Homs və Xama şəhərlərində ordu ilə silahlı müxalifət arasında toqquşmalar davam edir.
XS
SM
MD
LG