Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Böyük 20-lər”in xarici işlər nazirlərinin fevralın 18-20-də Meksikada keçiriləcək iclasında iştirak edəcək.
Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, dəvət bu il “Böyük 20-lər”ə sədrlik edən Meksikadan gəlib.
Elman Abdullayev deyib ki, Azərbaycanın bu toplantıya dəvət olunması ölkənin beynəlxalq arenadakı növbəti uğurudur.