Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:39

Obama "xaç atası"na medal verdi (VİDEO)


Al Pacino "Golden globe" mükafatı ilə, 2011
Al Pacino "Golden globe" mükafatı ilə, 2011
ABŞ prezidenti Barak Obama ünlü Hollivud aktyoru Al Paçinoya (Al Pacino) “ABŞ Beynəlxalq Sənət Medalı” verib. (AFP)

Oskarlı aktyorun bu mükafata “Amerika mədəniyyətində buraxdığı iz”ə görə layiq görüldüyü bildirilir.

Dünya mediası Barak Obamanın mükafatın təqdimat mərasimində “sənətin xalqı bir araya gətirən önəmli bir güc olduğunu” söylədiyini yazır.

Xatırladaq ki, Al Paçino 1940-cı ildə Nyu-Yorkda doğulub.

Məşhurluğu Frensis Ford Koppolanın “Xaç Atası” filmində oynadığı Maykl Korleoni rolu ilə yaxalayıb. Bu obraza görə BAFTA mükafatı qazanıb.

“Toni” mükafatı laureatıdır.

1992-ci ildə “Qadın ətri” filminə görə “Oskar” alıb.

Onun ən son mükafatı ötən il müasir kino sənətində göstərdiyi xidmətlərə görə aldığı Venesiya Film Festivalının Jaeger-Le Coultre Şərəf mükafatıdır.

OBAMANIN AL PAÇİNONU TƏLTİF ETMƏSİ

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG