Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

Misirdə prezident seçkisi mayın sonuna təyin edilib


Qərarı etirazçıları sakitləşdirmək üçün hakim hərbi şura qəbul edib.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ilk prezident seçkisi olacaq.

Seçkiqabağı təbliğat aparmaq üçün namizədlərə 6 həftə vaxt veriləcək.

Parlamentdəki yerlərin təxminən yarısını tutan Müsəlman Qardaşları hərəkatı prezidentliyə namizəd verməyəcəyini deyir.

Yeni qanuna görə prezident iki 4 illik müddətdən artıq hakimiyyətdə qala bilməz.
XS
SM
MD
LG