Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:59

NATO Əfqanıstanda 8 uşağın ölümünü təsdiqləyib

NATO komandanlığı fevralın 8-də Əfqanıstanın Kapisa əyalətində hava zərbəsi nəticəsində 8 uşağın ölümünü təsdiqləyib.

Komandanlığın məlumatına görə zərbə Əfqanıstan və Fransa hərbçilərinin apardığı kəşfiyyat əsasında endirilib.

Onlar bir qrup yaraqlı aşkar etdiklərini xəbər veriblər.

Əfqanıstandakı NATO qüvvələrinin baş komandanı general Cohn Allen ölənlərin yaxınlarına başsağlığı verib.

Əfqanıstan prezidenti Hamid Karzai bundan əvvəl insidenti kəskin ittiham edib.
This item is part of
XS
SM
MD
LG