Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:09

Ayaz Salayev filminin nümayişi ilə bağlı problem olmadığını deyir


Rejissor Ayaz Salayevin “Ehram TV” filmi bu yaxınlarda ekranlara çıxacaq. Bu barədə AzadlıqRadiosuna rejissor özü məlumat verib.

“Filmi çoxdan hazırlamışam. Bu yaxınlarda ekrana çıxmalıdır. Filmin nümayiş etdirilməsi ilə bağlı heç bir problem yoxdur”.

Ayaz Salayev hələ nümayiş etdirilmədiyi üçün film haqqında əlavə məlumat vermək istəmədiyini də bildirib.

Qeyd edək ki, 2009-cu ilin iyununda kinorejissor Ayaz Salayevin çəkdiyi “Ehram TV” filminə qadağa qoyulduğu barədə məlumatlar yayılmışdı.

Həmin məlumatlarda bildirilirdi ki, “Ehram TV»də indiki hakimiyyətə qarşı satirik məqamlar var və hökumət orqanlarından göstəriş gəlib ki, rejissor filmdə dəyişiklik etsin.

Rejissor özü isə filmə heç bir qadağa qoyulmadığını bildirmişdi.

«Ehram TV» dövlət sifarişidir və büdcə hesabına çəkilib.
XS
SM
MD
LG