Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Dua oxunması qadağan edilib


Britaniyanın dini ictimaiyyəti məhkəmə qərarından narazıdır

Britaniya Ali Məhkəməsi yerli şuralarda işə başlamazdan əvvəl rəsmi dua oxunma mərasiminin ləğvi haqqında qərar çıxarıb. Məhkəmənin bu haqda qərarı ölkənin müsəlman və katolik dini liderləri ilə yanaşı bir sıra siyasi-ictimai xadimləri, deputatları da narazı salıb.
Məhkəmə qərarı Milli Dünyəvi Cəmiyyətin (National Secular Society) iddiasına əsasən çıxarıb. Cəmiyyətin sədri, ateist Clive Bone əvvəllər Bideford şəhər şurasında işləyib. O, iddiasında bildirib ki, iclasdan əvvəl dualar oxunması onu narahat edirmiş.

HİMN OXUNMASI DA QADAĞAN EDİLƏCƏK?

Digər şəhər idarəsi – Yeovil bələdiyyədnin üzvü Kaysar Hussain isə bu iddiadan narazılığını bəyan edib. O, şəhər şurasına üzv seçilən ilk müsəlmandır.

“Sonra nə olacaq? Bir azdan bizə milli himni oxumağı da qadağan edəcəklər? Axı orada “Tanrı, kraliçanı hifz et” sözləri var”.

Bideford şurasında iclaslardan əvvəl dua oxumaq adəti hələ I Yelizavetanın dövründən qalıb. Bu müddət ərzində şurada bu məsələ iki dəfə müzakirəyə çıxarılıb və hər dəfə də qurum üzvləri bu ənənənin qalmasına səs veriblər.

Britaniyalı xristianlar da qərardan narazılıqlarını bildiriblər. İcmalar üzrə dövlət nümayəndəsi Eric Pickles bu qərarı “antilebral və dözümsüzlük nümunəsi” kimi dəyərləndirib:

“Əcdadlarımız Britaniyada azad dini assambleyanın olması üçün çox mübarizə aparıblar. Hər halda, biz xristian ölkəsiyik. Kilsəmiz var və onun başçısı Kraliçadır. Bu cür mərasimlər uzun illərdir ki, aparılırdı”.

"DİNİ MƏNSUBİYYƏTİ OLMAYANLAR ÜÇÜN QƏLƏBƏ"

Lakin iddiaçı tərəf bu qərarı “dünyəvi cəmiyyət arzulayanların mühüm qələbəsi” adlandırır. Sekulyarlar bildirirlər ki, ölkədə heç bir dini mənsubiyyəti olmayan insanların sayı artır. Bununla yanaşı, dini azlıqların da nüfuzu və sayı yüksəlməkdədir. Bu baxımdan, şuralarda istənilən növ dini ibadətləri qadağan etmək vacib hesab edir.

Hazırda tərəflər məhkəmə qərarından apelyasiya şikayəti verməyi planlaşdırırlar. Artıq yerli mediada məsələ ilə bağlı diskussiyalar təşkil olunur. Dini liderlərlə yanaşı, bəzi ictimai xadimlər, siyasətçilər və deputatlar da qərardan narazılıqlarını bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG