Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Çin Avropanın borc böhranına yardım etməyə söz verir


Çin söz verib ki, avrozonanın borc böhranını həll etməyə kömək göstərəcək.
Çin bu vədi Pekində Avropa Birliyi ilə zirvə toplantısında verib. Ancaq detallar bildirilmir.

Çinin baş naziri Ven Jiabao deyib ki, Çin Avropa Birliyinin aparıcı tərəfdaşıdır və Avropa Birliyi ölkələrinin borc böhranının həll olunması cəhdlərinə “daha çox cəlb olunmaq niyyətindədir”.

Çin dünyada ən böyük valyuta ehtiyatı olan ölkədir.
Avropa Birliyi çalışır ki, Çin bu ehtiyatının bir hissəsini Avropanın Sabitləşdirmə fonduna versin.

Sammitdə iştirak edən Avropa Komissiyasının sədri Jose Manuel Barroso deyib: “Avropa Birliyi Çinin uğurlarına yalnız sevinə bilər və mənim fikrimcə, Avropa tamamailə haqlı olaraq bu uğurda öz payına iddia edə bilər. Çünki Çin iqtisadiyyatı Avropanın açıq bazarından və açıq siyasətindən böyük fayda götürüb”.
XS
SM
MD
LG