Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Rüşvətxor məmurlar, qazdan kütləvi zəhərlənmə…


Foto: Arxiv
Foto: Arxiv
«BÜTÜN MƏMURLARI DAMA BASSAQ, YENƏ KORRUPSİYANIN KÖKÜ KƏSİLMƏYƏCƏK»

Bunu «Bizim yol» qəzetinə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib: «Mən buna inanmıram ki, məmurları dama basmaqla korrupsiyanın kökünü kəsəcəyik. Cəmiyyət olaraq buna qarşı mübarizə aparmalıyıq. Əsas odur ki, siyasi qərar və istək var. Yerdə qalan dövlət qurumlarını və vətəndaşların üzərinə düşür. Mən inanıram ki, zaman-zaman bu məsələdə də ciddi uğurlarımız olacaq…».

ÖLKƏDƏ KÜTLƏVİ QAZ ZƏHƏRLƏNMƏSİ

«Azadlıq» qəzeti yazır ki, yanvarın 28-dən fevralın 12-dək Bakıda 376 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. 2011-ci ildə dəm qazından 685 nəfər zəhərlənib. Bu, 2010-cu ilə nisbətən 300 nəfər çoxdur.

Kliniki Tibbi Mərkəzin həkimi İsmayıl Əfəndiyev zəhərlənmə hallarının baş verməsində daha çox insanların özlərini günahkar sayır:

«İnsanlar elementar təhlükəsizlik qaydalarına riayət etmirlər, yaşadıqları binaların tüstü bacalarının vəziyyətini vaxtlı-vaxtında yoxlamırlar. Qızdırıcı qaz cihazı olan istənilən evdə hökmən xüsusi qaz detektoru olmalıdır. Amma qiymətinin çox ucuz olmasına baxmayaraq, Azərbaycanda bu cihazdan istifadə edilmir. Detektorlar Azərbaycandakı evlərin, demək olar, heç 1 faizində də yoxdur…».

2012-Cİ İLDƏ AZƏRBAYCAN KOSMİK SƏNAYESİ OLAN ÖLKƏYƏ ÇEVRİLƏCƏK

«Yeni Azərbaycan» qəzeti yazır ki, «cari ilin oktyabrında Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi, sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılıb. Milli Telekommunikasiya Peyki Layihəsi bütünlüklə dövlət hesabına maliyyələşdirilir. Artıq 2013-cü il yanvarın 1-dən etibarən Azərbaycan bu peyk vasitəsilə telekommunikasiya xidmətləri göstərməyə başlayacaq. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması 2013-cü ildə baş tutacaq. Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə təxminən 2015-ci ilə planlaşdırılır…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG