Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:01

Uitni Hyuston vətəni Nyu-Cersidə dəfn ediləcək


Fevralın 12-i gecə vəfat edən məşhur amerikalı müğənni Uitni Hyuston cümə günü vətəni Nyu-Cersi ştatında dəfn ediləcək. Müğənninin cəsədi artıq Nyu-Cersiyə aparılıb.

Bazar ertəsi polisin yaydığı məlumata görə, Uitni Hyustonun cəsədi oteldəki vanna otağında, suyun içində tapılıb. Müğənni ona «Qremmi» mükafatı təqdim olunacaq mərasimə qatılmağa hazırlaşırmış.

Otel nömrəsində həkimin yazdığı güclü təsirə malik dərmanlar da tapılıb.

Amma hələ ki 48 yaşlı Hyustonun ölüm səbəbi rəsmən elan olunmayıb. Məhkəmə həkimlərinin dediyinə görə, səbəb toksikoloji ekspertizanın cavabından sonra məlum olacaq. Bunun üçünsə 2 ay vaxt lazımdır.

“Qremmi” mükafatının təqdim olunduğu mərasimin bir hissəsi Uitni Hyustona həsr olunub.
XS
SM
MD
LG